14 C
Baku
Sunday, November 24, 2024

Dövlətin “AqrarKredit” BOKT-nun nizamnamə kapitalı ikiqat artırıldı

Azərbaycanda dövlətə məxsus olan bank olmayan kredit təşkilatı “AqrarKredit” QSC-nin nizamnamə kapiatalı kəskin artırılıb.

Banker.az-a daxil olan məlumata görə, BOKT-nin nizamnamə kapitalı 22 669 491 manatdan 45 338 982 manata qaldırılıb.

Bu da son əməliyyatda onun nizamnamə kapitalının iki qat artımı deməkdir.

BOKT-un səhmlərinin 100%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindi.

“AqrarKredit” BOKT 2021-ci ildə 1.19 milyon manat (2020: 0.87 mln. manat) xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilin 1 yanvarında 2.77 mln. manat bölüşdürülməmiş xalis mənfəət deməkdir.


Xatırladaq ki, 1987-ci ildə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 22 oktyabr 1987-ci ildə keçmiş SSRi Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmışdır.

Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1988-ci il yanvar ayının 1-dən fəaaliyyətə başlamışdır.

1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər