9 C
Baku
Thursday, December 12, 2024

Malların gömrükdən buraxılması ilə bağlı müraciətə 1 gün müddətində baxılması təsdiqlənib

Milli Məclis Azərbaycanda “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq malların buraxılışı ilə bağlı gömrük orqanına daxil olan müraciətə 1 gün müddətində baxılması ilə bağlı Gömrük Məcəlləsinə təklif olunan dəyişiklik layihəsini I oxunuşda qəbul edib.

Sənədə əsasən, aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı malların buraxılışını həyata keçirir:

– gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

– gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə təminat verilməli;

– bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

Bundan başqa, qanun layihəsində deyilir ki, buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər