Azərbaybaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcminə görə ölkələr açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 2022-ci ilin ilk 3 rübündə ölkə iqtisadiyyatına 4 milyard 577.86 milyon dollar investisiya qoyulub və bu da 2021-ci ilin eyni dövrünü 25% üstələyir.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda Birləşmiş Krallığın payı 28%-ə yaxındır. İlin ilk 3 rübündə bu ölkədən ölkə iqtisadiyyatına 1 milyard 265.9 milyon dollar sərmayə yatırılıb və illik müqayisədə 2.5% artımdır.
İkinci sırada 751.68 milyon dollarla Türkiyə Respublikası dayanır və bu da illik 42% artımdır.
Monako, Macarıstan, Rusiya, Çin və İsveçrədən ölkə iqtisadiyyatına investisiya qoyuluşu daha kəskin artıb.