“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.
Banker.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.