NATO üzvləri bu günə qədər göndərilən silahları işlək vəziyyətdə saxlamaq üçün kifayət qədər sursat və ehtiyat hissələri olduğundan əmin olmalıdırlar.
Bunu NATO Baş katibi Yens Stoltenberq “France24″ə müsahibəsində deyib.
O qeyd edib ki, Ukraynaya əlavə sistemlərin göndərilməsi üzrə dialoq davam edir.
“Lakin çatdırılan bütün sistemlərin işlək olmasını təmin etmək getdikcə daha vacib hal yaradır”, – deyə Baş katib qeyd edib.
Stoltenberqin sözlərinə görə, Ukraynanın Rusiya qüvvələrindən müdafiə olunması üçün daha çox silah istəməsi NATO-nun ehtiyatlarını azaldıb.
“Biz həm çəkindirmə, həm müdafiə üçün öz ehtiyatlarımızı artıra bilmək, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə davam etmək üçün hasilatımızı gücləndiririk”, – deyə NATO rəhbəri bildirib.