Son iki gün ərzində Asiya ölkələri üçün 145 min ton buğda daşıyan daha dörd gəmi Odessa limanlarını tərk edib.
Onların arasında İndoneziya üçün 71 min ton buğda daşıyan “Star Emerald” toplu daşıyıcısı da var.
Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi xəbər verib.
Bildirilib ki, hazırda Ukrayna limanlarında 23 gəmi emal mərhələsindədir. Onlara 734 min ton yerli kənd təsərrüfatı məhsulu yüklənir.
166 min ton kənd təsərrüfatı məhsulu yüklənmiş üç gəmi hazırda dəhlizlə hərəkət edir.
Boğazda 92 gəmi isə yoxlamanı gözləyir.
Ümumilikdə, avqustun 1-dən etibarən Ukrayna limanlarını 558 gəmi tərk edib və bu gəmilər Asiya, Avropa və Afrika ölkələrinə 14 milyon tondan çox ərzaq daşıyıb.