17 C
Baku
Friday, October 18, 2024

Roma Papası taxt-tacdan imtina ilə bağlı sənəd imzaladı

Roma Papası Fransisk səhhətinin ciddi şəkildə pisləşəcəyi təqdirdə taxt-tacdan imtinası ilə bağlı sənəd imzalayıb.

Bu barədə pontifik İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.

“Tibbi və ya başqa bir səbəbdən maneə yaranarsa, mənim imtinam budur”, – pontifik deyib.

O, həmçinin 2013-cü ildə son bir neçə əsrdə taxtdan imtina edən ilk Papa olmuş XVI Benediktə tez-tez baş çəkdiyini vurğulayıb. Frensis 95 yaşlı Benedikti “müqəddəs” adlandırıb.

Qeyd edək ki, Fransiskin dekabrın 17-də 86 yaşı tamam olub.

Son xəbərlər
Digər xəbərlər