1 C
Baku
Saturday, December 14, 2024

ABŞ gələn il Ukraynaya və NATO-ya 45 mlrd. dollara yaxın yardım ayıracaq

ABŞ hökuməti Ukraynaya və NATO-ya üzv olan ölkələrə yardım etmək məqsədilə gələn ilin büdcəsindən 44.9 milyard dollar ayıracaq.

Bu barədə “Reuters“ bildirib.

Qeyd olunub ki, bu barədə sənəd ABŞ Konqresinə təqdim olunub.

Hərbi xərclərə ümumilikdə, 858 milyard dollar ayrılması nəzərdə tutulur ki, bu da rekord göstərici sayılır və ABŞ Prezidenti Co Baydenin tələb etdiyi məbləğdən də çoxdur.

ABŞ-ın ümumi büdcəsi gələn il üçün 1.7 trilyon dollardır.

Xatırladaq ki, ABŞ Senatı bu ilin 16 dekabrında gələn il üçün rekord hərbi büdcəni təsdiqləyib. ABŞ-ın hərbi büdcəsindən Rusiyaya qarşı müharibədə Ukraynaya kömək üçün 800 milyon dollar ayrılması nəzərdə tutulur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər