14 C
Baku
Sunday, November 24, 2024

Bayden bildirib ki, Qərb Ukraynaya silah verməklə Üçüncü Dünya müharibəsi istəmir

“ABŞ və digər Qərb ölkələri Ukraynaya silah verməklə Rusiya ilə müharibə və ya Üçüncü Dünya müharibəsinə can atmır”.

Bunu ABŞ prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Mən Avropalı müttəfiqlərimiz və onların dövlət başçıları ilə üz-üzə bir neçə yüz saat vaxt sərf etmişəm ki, Ukraynanı dəstəkləməkdə davam etmək nə üçün onların maraqlarına uyğundur. Onlar bunu tam başa düşürlər, lakin Rusiya ilə müharibə istəmirlər. Onlar Üçüncü Dünya müharibəsini istəmirlər. Və düşünürəm ki, Ukraynanın döyüş meydanında uğur qazanacağına əmin olmaqla bütün bunların qarşısını almaq olar”-deyə, o bildirib.

Baydendə “Vaşinqton dərhal Kiyevə bütün lazımi silah və avadanlıqları, məsələn, “MGM-140 ATACMS” ballistik raketlərini (atış məsafəsi 310 km-ə qədər) ötürə bilərmi” sualı ünvanlanıb. ABŞ lideri isə sualı belə cavablandırıb:

“Ukrayna ilə qalmağın vacib olduğunu anlayan bütöv bir ittifaq mövcuddur. Ukraynaya göndəriləndən əsaslı şəkildə fərqli maddi resurslar verəcəyimiz ideyası isə NATO-nu parçalamaq, Avropa İttifaqını və dünyanın qalan hissəsini parçalamaq perspektivinə malik olacaq. Biz Ukraynanı ehtiyac duyduğu şeylərlə təmin edəcəyik ki, o, özünü qoruya bilsin və döyüş meydanında uğur qazansın”.

Son xəbərlər
Digər xəbərlər