1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın xaricə çay satışından gəliri 43% artıb

2022-ci ilin ilk 11 ayında Azərbaycanın xaricə çay satışından qazancı ötən ilin müvafiq dövrünə nisbətən 3 milyon 299.81 min ABŞ dolları və ya 43% çox olub. Belə ki, cari ilin yanvar-noyabr aylarında 10 milyon 976.30 min ABŞ dolları dəyərində çay ixrac olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə xaricə satılan çayın həcmi 1 719.35 ton təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 711.27 min dollar və ya 70.6% çoxdur.

Bu il ixrac olunan 1 ton çaya görə ölkənin gəliri 6.4 min dollar təşkil edib Ötən il isə çayın hər tonuna görə 7.6 min dollar gəlir əldə olunmuşdu. Bu da o deməkdir ki, ixrac olunan çay 15.8% ucuzlaşıb.

 

 

Son xəbərlər
Digər xəbərlər