3 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan Prezidenti Azərbaycan liderinə zəng edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentin Mətbuat Xidməti yayıb.

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona cansağlığı və ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti qardaş Azərbaycan ilə dostluq və mehriban qonşuluq ruhunda əməkdaşlığın daha da inkişaf etdirilməsi kursuna qəti sadiqlik ifadə edib.

Söhbət zamanı Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının dinamik inkişafı qeyd olunub.

Dövlət başçıları qarşılıqlı ticari-iqtisadi və mədəni-humanitar fəaliyyətin dərinləşdirilməsinə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişini yüksək qiymətləndiriblər.

Son xəbərlər
Digər xəbərlər