11 C
Baku
Thursday, November 14, 2024

Dünyanın ən varlı kriptomilyarderləri mart ayından bəri $116 mlrd. itiriblər

“Forbes” hesablamalarına görə, kriptovalyutadan qazanc götürən 17 ən varlı milyarderin ümumi sərvəti mart ayından bu yana doqquz ay ərzində təxminən 116 milyard dollar azalıb. Onlardan 15-i bu müddət ərzində sərvətlərinin yarıdan çoxunu itirib.

Bildirilir ki, ən çox itki isə “Binance” kriptobirjasının təsisçisi və baş direktoru Çanqpenq Zhao verib – onun sərvəti 65 milyard dollardan 4.5 milyard dollara düşüb. Bu, bir qədər əvvəl müflis olmuş “FTX” kriptobirjası ilə əlaqələndirilir.

“Coinbase” kriptobirjasının qurucusu, ABŞ milyarderi Brayan Armstronq isə daha əvvəl sahib olduğu 6 milyard dolların 4.5 milyardını itirib. “Gemini” kriptobirjasının yaradıcıları qardaşlar Tayler və Kemeron Uinklvoss hər biri 2.9 milyard dollar itki verib – indi onların sərvəti 1.1 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, dünyanın on ən varlı kriptomilyarderin sərvəti sıfıra enib:

–         “FTX”in kriptobirjasının sahibi Sem Benkman-Frid 24 milyard dollar itirib;

–         “FTX”in həmtəsisçisi Heri Vanq 5.9 milyard dollar zərərə düşüb;

–         “Digital Currency Group” investisiya qrupunun yaradıcısı Barri Silbert təxminən 3.2 milyard dollar itirib.

Kriptovalyuta sənayesindəki son problemlərin əsas səbəbi Sam Benkman-Fridin “FTX” kriptovalyuta birjasının iflası olub. Keçmiş milyarder dekabrın 13-də Baham adalarında həbs edilib, lakin dekabrın 22-də rekord 250 milyon dollar girov müqabilində həbsdən azad edilib.

Son xəbərlər
Digər xəbərlər