Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin bu gün 2022-ci ildə keçiriləcək son iclasında Qara dənizdə yeni qaz yatağının Türkiyənin milli qaz sisteminə qoşulması müzakirə olunacaq.
Bu barədə TRT dövlət telekanalı məlumat yayıb.
Türkiyə hökumətinin 24-cü iclasının nəticələrinə əsasən, Prezidentin Qara dənizdəki təbii qaz yatağı ilə bağlı yeni məlumatları açıqlayacağı gözlənilir.
Bundan əlavə, iclasda təqaüdçülərin sosial təminatı da müzakirə olunacaq.