11 C
Baku
Monday, November 18, 2024

Cəmil Muradovun rəhbərlik etdiyi 6 milyonluq şirkət “PMD Group”a qoşulur

“Abşeron-Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilir.

Banker.az-ın məlumatına görə, şirkət “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.

“PMD GROUP” MMC “Abşeron-Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

“Abşeron-Ticarət LTD” 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 5 930 064 manatdır və qanuni təmsilçisi Cəmil Muradov Tahir oğludur.

Onu da qeyd edək ki, Cəmil Muradov Tahir oğlu “Gilan Holding” MMC-yə rəhbərlik etmişdir. Sonra onu bu vəzifədə Mübariz Hüseynov Əhmədağa oğlu əvəzləyib.

Xatırladaq ki, “PMD Group” isə “PAŞA Holdinq” MMC-nin törəmə strukturudur. 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər