Kiyev fevralın sonuna qədər BMT-də “sülh sammiti” keçirmək niyyətindədir.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.
Nazir BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirdə iştirak edəcəyinə ümid etdiyini bildirib.
“İstənilən müharibə diplomatiya yolu ilə başa çatır”, – deyə Kuleba vurğulayıb.
O, belə sammitin keçirilməsində BMT-nin neytral təşkilat olduğuna diqqət çəkib.