12 C
Baku
Monday, November 25, 2024

Bu şəxs müəssisələri hazır yeməklə təmin edəcək – 6.4 milyon manatlıq sifariş aldı

Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs Ziyafət İsa oğlu Fərzəliyev ilə 6.4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələri üçün hazır yemək xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 6 422 706 manatdır.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyindəki müəssisələrin hazır yeməklə təmin edilməsi üçün Ziyafət İsa oğlu Fərzəliyev ilə məbləği 978 min 125 manat olan müqavilə imzalamışdır.

Son xəbərlər
Digər xəbərlər