13 C
Baku
Friday, November 22, 2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” 100 mln. dollarlıq istiqraz buraxır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Fond Birjası” QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Banker.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir.

Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər