9 C
Baku
Tuesday, December 24, 2024

Türkiyədə keçiriləcək prezident seçkilərinin vaxtı qabağa çəkilə bilər

Türkiyədə gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “A haber”ə müsahibəsində deyib.

O bildirib ki, bunun üçün bəzi səbəblər ola bilər: “Xüsusilə nəzərə almaq lazımdır ki, yay aylarında bir çox insan Həcc ziyarətinə gedir. Bu səbəbdən, bəlkə də, seçkilərin vaxtı qabağa çəkilə bilər”.

Onun sözlərinə görə, seçkilərin təyin olunan vaxtda keçirilməsi də problem yaratmır: “Onu da deyim ki, Prezident Rəcəb Tayyib Ərdoğanı seçkidə namizəd olmasına mane olan bir hal yoxdur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər