14 C
Baku
Saturday, November 23, 2024

“Azərbaycanla İran arasında Araz çayı üzərində körpünün tikintisinə başlanıb”

“Azərbaycanla İran arasında Araz çayı üzərində körpünün tikintisinə başlanıb, bununla Zəngilandan Naxçıvana qısa yol olacaq”.

Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi elə onun özünə ziyan vuracaq: “Ermənistan bunu nə qədər tez anlayarsa, sırf öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirərsə, ilk növbədə özü üçün yaxşı olar. Azərbaycan istənilən halda öz milli maraqlarını həyata keçirəcək, Ermənistanın öhdəliklərini yerinə yetirməsini tələb edəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər