Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini təsdiq etməyəcək.
Bu barədə qanunverici orqanın aparıcı fraksiyasını – Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yatsek Sariuş-Volski özünün tviter səhifəsində yazıb.
“Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər imperativdir! Bu hallar bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə qalacağı və həbsdə öləcəyi təqdirdə Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünə səs verməyəcək”, – avropalı parlamentari vurğulayıb.