İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilmiş vəsaitin həcmini açıqlayıb.
Banker.az xəbər verir ki, nazir bu barədə öz rəsmi Twitter səhifəsində yazıb.
Belə ki, 2020-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39.2 mln. ₼ vəsait ödənilib.