12 C
Baku
Saturday, November 23, 2024

“Kredaqro”nun istiqrazlarına 9 investor tərəfindən 11 sifariş təqdim edilib

28 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2003009167 dövlət qeydiyyat nömrəli, 500,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən 100 manat qiyməti ilə 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 28.06.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər