13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda şirkətlərdən biri 11 adda dərman vasitəsinin istehsalına başlayıb

Azərbaycanda şirkətlərdən biri 11 adda dərman vasitəsinin istehsalına başlayıb.

Bu barədə Tarif Şurasından məlumat verilib.

Qeyd olunub ki, artıq bir şirkət göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin (“Fungipar”, “Diasmet”, “Rosapar” və s.) istehsalına başlayıb və hazırda həmin dərman vasitələri satışdadır.

Bildirilib ki, digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan “Diabeton MR” dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır.

“Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir.

Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır”, – Tarif Şurasından vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər