15 C
Baku
Sunday, November 24, 2024

Elmira Abdullayeva mafiya üçün Livandan 50 milyard saxta dollar gətirib

Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqı yekunlaşdırıb.

Banker.az bu barədə “Haqqin.az”a istinadən xəbər verir.

İstintaq zamanı cinayətkar qruplaşma üzvlərindən biri saxta əsginaslarla 50 milyard dolların hazırlandığını bildirib. Saxta pullar Livanda hazırlanıb və Türkiyəyə gətirilib.

Onlar Livandan Türkiyəyə gəliblər. Məlumata görə, saxta pulların bir hissəsi İranda satılıb.

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılanlar arasında kuryer kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı da olub.

Türkiyə mətbuatının məlumatına görə, cinayətkar qruplaşma üzvlərinin saxlanılması əməliyyatı ötən il başlayıb, Ankarada və Türkiyənin bir sıra digər şəhərlərində keçirilib. Ümumilikdə bu cinayət işində 71 nəfər iştirak edir.

İttihama görə, cinayətkarlar saxta avro, lirə və dollarlar istehsal ediblər. Belə ki, saxta lirə real türk valyutasının ekvivalentinin 30 faizinə satılıb, saxta dollar isə bir az çox – 40 faiz.

Alınan kəşfiyyat məlumatı əsasında polis ümumilikdə 5 ay davam edən xüsusi əməliyyata başlayıb. Əvvəlcə adı çəkilən Tacəddin Şahin həbs olunub, daha sonra bütün cinayətkarlar saxlanılıb.

Təqsirləndirilənlər arasında qruplaşmada kuryer işləmiş Azərbaycan vətəndaşı, 61 yaşlı Elmira Abdullayeva da olub. Məlum olduğu kimi, 2021-ci il mayın 23-də polisin məxfi nəzarətində olan Abdullayeva Bakıdan İstanbula uçub və iyunun 3-də İstanbulun Aksaray rayonunda yerləşən hotellərdən birində həbs edilib. Axtarış zamanı onun üzərində Tehrana aviabilet və 5000 saxta dollar aşkar edilib.

Abdullayeva həbs zamanı hər şeyi təkzib edərək, polisə saxta valyutanın mənşəyi barədə heç nə bilmədiyini deyib.

Onun barəsində cinayət işi başlanıb.

İttihamnamənin mətninə əsasən, cinayətkar qrup saxta valyutanı təkcə İran və İraqa deyil, bir sıra Avropa ölkələrinə də göndərib. Saxlanılanlardan Yüksel Cengiz adlı şəxsin evində axtarış aparan polis müxtəlif texniki avadanlıqlar, habelə saxta pulların çapı üçün materiallar aşkar edib.

Son xəbərlər
Digər xəbərlər