“Gələn ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov deyib.
O bildirib ki, məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə iş aparılır: “Qanunvericiliyə müvafiq dəyişiklər də olacaq. Sistem elektronlaşdırıldıqdan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək”.