İranda koronavirusun BQ.1 və XBB variantlarına yoluxma ilə əlaqədar 3 hal aşkarlanıb.
Bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Pedram Pakayin deyib.
P.Pakayinin sözlərinə görə, 2 nəfərdə BQ.1 variantı, 1 nəfərdə isə XBB variantı aşkarlanıb.
O əlavə edib ki, bu variantların sürətli şəkildə yayıldığını nəzərə alaraq gələn günlərdə ölkədə yoluxma sayının artacağı gözlənilir.
Qeyd edək ki, ötən günədək İranda 7,56 milyon nəfər koronavirusa yoluxub, təxminən 145 min nəfər bu virus nəticəsində ölüb.