Azərbaycanda ərzaq balansının tərtib edilməsi üçün fermerlər və tədarükçülər ayda bir dəfə deyil, ildə bir dəfə məlumat verəcək.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, bunun üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 31.2 maddəsinə dəyişiklik ediləcək.
“Bu,ərzaq balansının tərtibi baxımından məlumatların üst-üstə düşməsinə şərait yaradacaq”, – deyə o qeyd edib.