13 C
Baku
Wednesday, May 8, 2024

Güzəştli kreditlərə dair müraciətlərə baxılması üzrə sahibkarların hansı hüquqları var?

Sahibkarlığın inkişafı fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsi ilə güzəştli kredit əldə etmiş sahiblarlıq subyeklərinin həmin kreditlərlə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müraciət etmək hüququ var.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sahibkarlıq subyekləri müvəkkil kredit təşkilarlarının əməkdaşlarının hərəkət və ya hərəkətsizlizlikləri barədə fonda müraciət edə bilərlər.

Eyni zamanda subyektlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar, müvəkkil kredit təşkilarlarının əməkdaşlarının hərəkət və ya hərəkətsizlikləri barədə aidiyyatı kommersiya məhkəməsinə müvafiq iddiya tələbi ilə müraciət edə bilərlər. Bu iddiya tələblərinə Azərbaycan Respublikası Mülki prosesual məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada baxılır. Habelə subyektlər fondun əməkdaşlarının hərəkət və ya hərəkətsizliyi barədə yuxarı orqana və yaxud inzibati məhkəməyə şikayət verə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər