Gələn ildən gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir.
Banker.az xəbər verir ki, bu, Vergilər Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəsində) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsi gəlir vergisindən azad edilib.