2026-cı ilin yanvar-avqust aylarında kənd təsərrüfatı məhsulu istehsalı 2,6 faiz artıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə faktiki qiymətlərlə 10 057,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 2,0 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,1 faiz çoxalıb. Məhsulun 50,0 faizi bitkiçiliyin, 50,0 faizi heyvandarlığın payına düşür.
Yanvar-iyul dövründəki 2,8 faizlik göstərici avqust ayının sonuna 2,6 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,2 faizdən 3,1 faizə, heyvandarlıq sahəsində isə 2,4 faizdən 2,0 faizə düşüb.







