17 C
Baku
Monday, May 6, 2024

Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıb

Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb”- deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya Rusiyadan 3,12 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Krallıqda istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər