Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq.
Bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq, bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə 13 il müddətinə bağlanacaq”, – məlumatda deyilib.
Rəsmi mərasimdə Bolqarıstanın energetika naziri Rosen Xristov və enerji və təbii sərvətlər naziri Fatih Dönmez iştirak edəcək.