Türkiyənin ilk aviadışıyıcı gəmisi “Anadolu”nun bu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar gəmini ziyarət edərkən bildirib.
O qeyd edib ki, gəmiyə ilk dəfə 17 noyabr 2022-ci ildə helikopter eniş edib.
Xatırladaq ki, “Anadolu” gövdəsində silahlı PUA daşıyacaq dünyanın ilk gəmisidir.