Ukrayna İqtisadiyyat Nazirliyi 2022-ci ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) azalmasını ilkin olaraq 30.4 səviyyəsində qiymətləndirib.
Bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. İqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, ötən il ÜDM-nin azalması 30.4 faiz (±2 faiz) səviyyəsində qiymətləndirilir ki, bu da gözləniləndən daha yaxşı nəticədir.
Nazir əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələrinin döyüş meydanındakı uğurları, hökumət və biznesin yaxşı əlaqələndirilmiş işi, əhalinin sarsılmaz ruhu, mühüm infrastruktur obyektlərinin bərpa sürəti, eləcə də beynəlxalq tərəfdaşların sistemli maliyyə dəstəyi iqtisadiyyatı saxlamaq və qələbəyə doğru irəliləmək imkanı verib.
Hökumət 2023-cü ildə Ukraynanın ümumi daxili məhsulunun 1 faiz artacağını, inflyasiyanın isə 22.5 faizə qədər azalacağını proqnozlaşdırır.