27 dekabr 2022-ci il tarixdə BFB-də keçirən hərracda “Kapital Bank” ASC-nin son emissiya etdiyi səhmlərin hamısını “PASHA Holding” MMC alıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, Bank 1,612,129 ədəd səhm emissiya etmişdi və onların hər birinin nominal dəyəri 12.39 manat olub.
Ümumilikdə isə söhbət 19,974,278.31 manat dəyərində olan səhm paketindən gedir.
Holdinqin “Kapital Bank”ın nizamnamə kapitalında payı 81.08% təşkil edib.
Xatırladaq ki, Bankın nizamnamə kapitalında digər payları olanlar, “PASHA Holding”in digər tərəmələri “PAŞA Həyat” ASC və “PAŞA Sığorta” ASC-dir və digər fiziki şəxslərdir.