Cümə günü, yanvarın 6-sında ABŞ hökuməti Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər. “Associated Press”in (AP) məlumatına görə, bu yardım paketi 2.85 milyard dollar təşkil edəcək.
ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder mətbuat konfransı zamanı yeni yardım paketinə “Bradley” piyada döyüş maşınlarının daxil olacağını təsdiqləyib. “Mən təsdiq edə bilərəm ki, sabah Ukraynaya təhlükəsizlik yardımının növbəti mərhələsi gözlənilir”, – deyə Patrik Rayder əlavə edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Vaşinqton ukraynalılara ABŞ-da və ya üçüncü ölkələrdə “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə etmək üçün təlim keçməyi nəzərdən keçirir. Bununla belə, təfərrüatlar hələ də işlənir.
Ağ Evin sözçüsü Con Kirbi bir gün əvvəl, yanvarın 4-dü bildirmişdi ki, yeni yardım paketinə “HIMARS” çoxsaylı buraxılış raket sistemlərinin əlavə qurğuları da daxil ola bilər.