15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycan Ordusu dünya üzrə neçəncidir?

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

Bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.

2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.

Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.

 

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər