13 C
Baku
Friday, November 22, 2024

“PASHA Holding”in “Umico”suna yenidən maya qoyuldu – 47 mln. manatlıq şirkətə çevrildi

PASHA Holding”in ecosistemi “Umico”nun kapitalı 2023-cü ilə 50 mln. manata yaxın bir rəqəmlə start verdi.

Bu barədə Banker.az məlumat əldə edir.

Belə ki, “Umico” brendi ilə tanına və hüquqi adı ilə “Competo” MMC olan şirkətin nizamnamə kapitalı 2022-ci ilin son günlərində bir daha nizamnamə kapitalını artırmaqla 47.37 mln. manata çatdırıldı.

Bu da son əməliyyatlarda 4.1 mln. manat, yaxud 9% artımdır.

“Competo”nun nizamnamə kapitalı 2022-ci ilin fevralında 29.7 mln. manatdan 34.17 mln. manata, sentyabrında isə 43.27 manata çatdırıldı.

Bu da 2022-ci ildə şirkətin nizamnamə kapitalının 60%-ə yaxın artırılması deməkdir.

“Kapital Bank” ASC-nin törəmə şirkəti “BirKart BOKT” MMC-nin də innovativ layihələri gerçəkləşdirən şirkətdə pay var. “BirKart BOKT”un “Competo” MMC-nin səhmlərinin 25%-i əldə edib. Bu alış-veriş 2020-ci ilin martında gerçəkləşib.

“Competo”nun Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunur.

“Competo” şirkətinin məqsədi şirkətlərə yeni həllər tapmaqda və innovativ IT layihələri və alətləri vasitəsilə öz mənfəətlərini artırmaqda kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, sifarişçilərlə əlaqələrin idarə olunması (CRM) və məlumat təhlili və emalı, habelə pərakəndə satış sahəsində ödəniş texnologiyaları və İT-inteqrasiya mexanizmlərinin inkişafı sahələrində ixtisaslaşıb.

2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmətin birincisi olan “Umico” koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılıb. “iOS” və “Android” platformalarındakı “Umico” mobil tətbiqi müştərilərə bütün ticarət kateqoriyaları üzrə Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.

Son xəbərlər
Digər xəbərlər