16 C
Baku
Friday, May 3, 2024

“Müharibə veteranı” adı almaq istəyən mindən artıq şəxsə imtina verilib

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84423 nəfərin adı “Zəfər” altsisteminə daxil edilib.

Banker.az nazirliyə istinadən xəbər verir ki, komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Bundan başqa 1188 nəfər vətəndaşın sənədləri “Zəfər” altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub.

Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Prezidentin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər