1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan “Buk” zenit-raket komplekslərini Ukraynaya qaytarmayacaq

“Gürcüstan “Buk” zenit-raket komplekslərini 2008-ci ildə alıb və pulsuz olmadığından Ukraynaya qaytarmayacaq”.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın “Evropeiska Pravda” nəşri yanvarın 9-da Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun məqaləsini dərc edib. Məqalədə qeyd olunub ki, Ukrayna Gürcüstandan “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Diplomat bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib. A.Kasyanov deyib ki, ABŞ öz razılığını verib və Gürcüstanı daha yeni sistemlərlə əvəz etməyə hazır olub.

O, 2022-ci ilin dekabr ayının əvvəlində bəyan etmişdi ki, Kiyev Tbilisidən dəfələrlə hərbi və ya ikili təyinatlı texnikanın ötürülməsini xahiş edib, lakin müraciətlərə məhəl qoyulmayıb. Diplomat vurğulayıb ki, Ukrayna Gürcüstandan da elektrik generatorları istəyib. Dekabrın sonunda Gürcüstan hökuməti 25 elektrik generatoru alıb və onları Ukrayna tərəfinə təhvil verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər