Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Sintez” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Bakı şəhərinin müxtəlif ünvanlarında quraşdırılmış 1235 ədəd avtobus dayanacaqlarına”; “Bakı şəhərinin müxtəlif küçə və prospektlərində olan metal dirəklərdə quraşdırılmış yol nişanlarına”; “Bakı şəhərinin müxtəlif küçə və prospektlərində 160 ünvan üzrə quraşdırılmış 901 müxtəlif ölçülü Piyada istiqamət göstəricilərinə”; “ Koroğlu NMM-nin sanitar qovşaqlarına”; “Koroğlu NMM-nin sərnişinlər üçün nəzərdə tutulan gözləmə zallarındakı pətək formalı tavan örtüklərinə”; “Koroğlu NMM-nin ərazisindəki yaşıllıqlara”; “Bakı şəhərinin küçə və prospektlərində 578 müxtəli ünvan üzrə quraşdırılmış metal məhəccərlərə”; “BNA-nın inzibati və “Düşərgə” binası da daxil olmaqla bütün köməkçi binalarında xarici divarlara və şüşə örtüklərə”; “BNA-nın inzibati və “Düşərgə” binalarındakı iş otaqlarında “kovrolit” örtüklə örtülmüş döşəmələrə”; “BNA-nın Fərqlənmə Nişanlarının Rəsmiləşdirilməsi Sektorunun (FNRS) yerləşdiyi əraziyə” 2022-2023-cü illər ərzində (1 illik) xidmətlərin göstərilməsinin satınalınmaları”dır.
Müqaqvilənin dəyəri isə 985 414 manatdır.