“Azərişıq” ASC “Enerji Təchizat-2020” MMC ilə 9.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 298 400 manatdır.
Qeyd edək ki, “Enerji Təchizat-2020” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Balazadədir.