9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankdan icbari avtosığorta ilə bağlı TƏDBİR: Sığortaçılar onlayn müqavilədən qaça bilməyəcək

Azərbaycan Mərkəzi Bankının sığorta şirkətləri və avtonəqliyyat vasitələr sahibləri ilə onlayn icbari avtosığorta aparılması imkanı olmalıdır və bu, onun rəsmi internet səhifəsində yer almalıdır.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi sənəddə qeyd edilir. Sənədi AMB sədri Taleh Kazımov 29 dekabr 2022-ci ildə imzalayıb.

Sənədin 4.1-ci maddəsində qeyd edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) növünün aparılmasına icazə verilməsi üçün sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə bağlanması imkanına malik olmalıdır.

İmzalanan sənəd AMB-nin İdarə Heyətinin 2022-ci il 04 fevral tarixli 04/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”lə bağlıdır.

Həmin bənddə “İcbari sığortalar” haqqında qanundakı 8.1-ci maddəsi əsas gətirilir. Həmin maddədə belə deyilir: İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.

Əlavə tədbirdə 5.3-cü əlavə edilib. Burada qeyd edilib ki, tələblərin 4-1-ci hissəsinin qüvvəyə mindiyi günə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını 10 (on) gün müddətində Tələblərin 4-1-ci hissəsinə uyğunlaşdırmalıdırlar.

2022-ci ilin oktyabrın 1-dən Azərbaycanda AVİSMİS üzrə sığorta haqqı məbləğlərinin hesablanmasına dair yeni qayda qüvvəyə minib. Bu prosesi tənzimləyən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” Mərkəzi Bankın İdarə Heyəti tərəfindən sentyabrda qəbul edilib.

Bu qaydaya qədər və bu qaydadan sonra ölkədə icbari avtosığorta üzrə sığortaçılar qəribə qaydalar tətbiq edir. Məsələn, həcmi 2 000 kub-sm dan aşağı olan avtomobillərin “taksi” fəaliyəti şübhəsi ilə onlarla onlayn müavilədən boyun qaçırırdılar. Ofislərinə çağırırdılar ki, yerində baxsınlar..

İndi AMB-nin bu qaydasına sığortaçıların necə əməl edəcəyi tərəfimizdən yaxından izləniləcək.

 

Son xəbərlər
Digər xəbərlər