9 C
Baku
Wednesday, November 27, 2024

Şolts Ukraynaya tank tədarükü məsələsində tərəddüd edir

Co Baydendən əks təklif olmasa, Almaniya kansleri Olaf Şolts Ukraynaya döyüş tanklarının tədarükü ilə bağlı tərəddüdlü mövqeyini dəyişməyəcək.

Bu barədə “Politico” nəşri yazıb.

Qəzet keçən həftə hər iki liderin artıq piyada döyüş maşınları və “Patriot” sistemlərinin tədarükü ilə bağlı birgə bəyanat yaydıqlarını xatırladaraq, Şoltsun mövqeyinin öz hərəkətlərini yaxından əlaqələndirdiyi ABŞ prezidenti Co Baydendən çox asılı olduğunu vurğulayıb.

Solts keçmişdə dəfələrlə bu məsələdə Qərb müttəfiqləri ilə sıx əlaqə saxlayacağını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər