Rusiya Britaniya vətəndaşlarına qarşı sanksiya tətbiq edib.
Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bildirilib ki, şəxsi sanksiyalar mexanizmini fəal şəkildə tətbiq etməkdə davam edən və Rusiyanı nüfuzdan salmaq və beynəlxalq aləmdə təcrid etmək məqsədi ilə intensiv təbliğat kampaniyası aparan Britaniya hökumətinin bir sıra üzvlərinin, eləcə də güc strukturlarının nümayəndələrinin və jurnalistlərin Rusiya Federasiyası ərazisinə girişi qadağan olunub.
Rusiya XİN-nin “stop siyahısı”na 36 Britaniya vətəndaşı əlavə olunub.