“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 3.7%-ə qədər yavaşlayacağını proqnozlaşdırıb.
Agentlik hesab edir ki, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının 50.0%-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna ağır təsir göstərə bilər.
“Bununla belə, əsas kapitalın formalaşması 2023-cü ildə və ondan sonrakı illərdə artıma daha çox töhfə verəcək, çünki Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca, potensialın artırılmasına investisiya tələb olunur”, – “Fitch Solutions” qeyd edib.
“Fitch Solutions” həmçinin, Azərbaycan iqtisadiyyatının 2023-cü ildə artım baxımından 2011-2021-ci illər arasında qeydə alınmış 1.3%-lik tarixi on illik orta göstəriciyə nisbətən daha yüksək performans göstərəcəyini vurğulayıb.