Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 760 ABŞ dollarını ötüb.
Banker.az xəbər verir ki, 12 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 760.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (726.4 dollar) ilə müqayisədə 4.8% çoxdur.
Xatırladaq ki, ötün ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.