12 C
Baku
Saturday, November 23, 2024

“Fitch”: Transxəzər qaz boru kəməri layihəsi ciddi maneələrlə üzləşir

Türkmənistan qazını Avropa bazarına çıxara biləcək Transxəzər qaz boru kəməri layihəsi öz inkişaf yolunda ciddi maneələrlə üzləşir.

2021-ci ilin yanvarında Aşqabad və Bakı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu imzalayıb. İmzalanma Aşqabadın Avropa bazarlarına çıxmasına və Çindən asılılığı azaltmağa imkan verəcək potensial transxəzər boru kəməri haqqında söhbətləri yenidən alovlandırıb.

“Lakin belə bir kəmər öz inkişaf yolunda ciddi maneələrlə üzləşir”, – məlumatda bildirilir.

Vurğulanır ki, qarışıq tələb proqnozu və digər tədarük mənbələri tərəfindən (əsasən Rusiya qazı və LNG) güclü rəqabət nəzərə alınmaqla, Avropa bazarına etibar problemli ola bilər.

Bundan əlavə, layihə çox kapital tutumlu olacaq və onu dəstəkləmək üçün böyük uzunmüddətli alıcı bazası tələb olunacaq.

“Belə alıcıları tapmaq problemli ola bilər, çünki Aİ öz enerji balansını karbonsuzlaşdırmaq səylərini sürətləndirirvə bölgədə karbonun qiyməti artmaqda davam edir”, – məlumatda qeyd olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər