ABŞ-ın sabiq prezidenti Donald Trampa məxsus daşınmaz əmlak şirkəti 1.61 milyon dollar cərimələnib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Nyu-York məhkəməsi eks-prezidentin şirkətini 15 il ərzində vergi orqanlarını aldatmaqda təqsirli bilib.
Qeyd edək ki, Tramp 2021-ci il yanvarın 6-da Kapitoli binasında hücumla bağlı təhqiqatlar və bir sıra məxfi sənədləri saxlaması kimi hüquqi problemlərlə üzləşib.