10 C
Baku
Wednesday, December 11, 2024

Kredit faizləri artacaq? – Rəsmi açıqlama

Bankların cəlb etdikləri depozitlərə görə Mərkəzi Bankda saxlamalı olduğu məcburi ehtiyat faizi artırılıb. Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb.

Bəs məcburi ehtiyat faizinin artması kredit faizlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Mərkəzi Bankın Trend-ə açıqlamasında bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda və məcburi ehtiyat normalarında dəyişikliklər Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, uçot dərəcəsi üzrə faiz dəhlizinin faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə edilib.

“Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektorunun xərclərinə əhəmiyyətli təsir etmir. Dəyişikliklərin manatla öhdəliklərin maya dəyərinə orta hesabla cəmisi 0.16%, xarici valyutada öhdəliklərin dəyərinə isə 0.01% təsir emək ehtimalı var, lakin Mərkəzi Bankın belə bir gözləntisi yoxdur”, – deyə məlumatda qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər